×
A
A
A
Sazlamalar

“Vitol Group”: İlin sonuncu rübündə neftin qiymətində böyük artım gözlənilmir

Bakı, 28 sentyabr, AZƏRTAC 

İlin dördüncü rübündə neftin qiymətində böyük artım gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə neft ticarəti ilə məşğul olan dünyanın ən böyük müstəqil şirkəti “Vitol Group”un idarə heyətinin üzvü Chris Bake deyib.
O bildirib ki, koronavirusun səbəb olduğu iqtisadi məhdudiyyətlər səbəbindən qlobal neft tələbatının bərpa olunması yavaşladığı üçün cari ilin dördüncü rübündə “qara qızıl”ın qiymətlərinin büyükhəcmli artımı mümkün olmayacaq.

Neft - qaz 2020-09-28 14:59:00