×
A
A
A
Sazlamalar

Rusiyada bir gündə 8135 nəfərdə koronavirus aşkarlanıb

Moskva, 28 sentyabr, AZƏRTAC

Rusiyada bir gündə 8135 nəfər koronavirus infeksiyasına yoluxub.
AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 159 573 nəfərə çatıb.
Bir gündə Rusiyada 2702 nəfər sağalıb, 61 nəfər vəfat edib. Ümumilikdə, ölkədə indiyədək 945 920 nəfər bu xəstəlikdən sağalıb, 20 385 nəfər vəfat edib.
Ən çox yoluxma halı (2217) Moskvada qeydə alınıb.
Rusiya yoluxma sayına görə ABŞ, Hindistan, Braziliyadan sonra 4-cü yerdədir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Dünya 2020-09-28 14:37:00