×
A
A
A
Sazlamalar

Xəzər rayonunda səkkiz evdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Bakı, 28 sentyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar. Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində səkkiz evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.
Valeh Seyidov oğurluq etdiyi evlərə Mustafa Abdullayevin taksi kimi idarə etdiyi avtomobillə gedib.
Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hər iki şəxs barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Seyidov və M.Abdullayevin paytaxt ərazisində digər oxşar cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Hadisə 2020-09-28 13:10:00

Video