×
A
A
A
Sazlamalar

Bakı və regionlarda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək YENİLƏNİB

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı və regionlarda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, sentyabrın 28-dən “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-dan 00:00-dək) davam etdirilməsi təmin olunacaq.
Bir daha vurğulanır ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək.
DANX vətəndaşlardan məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etmələrini xahiş edir.

 

Nəqliyyat 2020-09-28 18:52:00