×
A
A
A
Sazlamalar

“Bakı Bulvarı” mövzusunda plener keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbə və müəllim heyəti ənənəvi etüd plenerlərini keçirib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Bakı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə reallaşan plenerdə Təsviri sənət kafedrasının müəllim-professor heyəti, rəngkarlıq, qrafika, təsviri incəsənət müəllimi ixtisasları üzrə tələbə və magistrlər iştirak ediblər.
“Bakı Bulvarı” mövzusunda sərbəst təlimdə Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri, professor, Xalq rəssamı Arif Əziz, Təsviri sənət kafedrasının müdiri Rəşad Cabbarov, müəllim Zöhrab Cabbarov, tədris ustası Rəvanə Atakişizadənin rəhbərliyi ilə tələbələr Dənizkənarı Milli Parkı maraqlı rakurslardan təsvir ediblər. Plenerdə iştirak edən 10 tələbə və magistr (Röya Həsənova, Səkinə Abuşova, Elnur Şahverdiyev, Xəyalə Məmmədova, Gülşən Əliyeva, Nigar Qurbanova, Fidan Abidova, Turanə Qəhrəmanlı, Zəminə Qənbərova, Ləman Ağakişiyeva) tanınan dəniz mənzərələrini fərqli texnikalarda (qələm, tuş, akvarel, akril) yeni yanaşmaları ilə təqdim ediblər.
Plenerin qonağı Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamverdiyeva çəkilən rəsmlərlə tanış olub. Günboyu davam edən yaradıcılıq prosesi şəhər sakinləri və qonaqlar tərəfindən də böyük maraqla izlənilib.
Təlimlərin nəticəsi olaraq onlayn sərgi və kataloq nəşri nəzərdə tutulur.

Elm və təhsil 2020-09-28 11:59:00