×
A
A
A
Sazlamalar

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Bakı, 28 sentyabr, AZƏRTAC 

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, nümayəndələr düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumatlandırılıb.

Ordu 2020-09-28 11:54:00