×
A
A
A
Sazlamalar

Daxili İşlər naziri komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin olunması ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq olunduğu ərazilərin komendantı təyin edilib.

2020-09-28 11:47:00