×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Cəbhədəki yaşayış məntəqələrinin təbii qaz təchizatı nəzarətdədir

Bakı, 28 sentyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi təmas xəttində yerləşən yaşayış məntəqələrinin təbii qaz təchizatı ilə bağlı məsələləri nəzarətə götürüb və bu istiqamətdə təxirəsalınmaz vacib tədbirlərin görülməsi üçün Regional Qaz İstismarı İdarələrinə tapşırıqlar verilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, hazırda bir sıra idarələrin vəzifəli şəxsləri, eyni zamanda, bütün əməkdaşları döyüş şəraitinin tələbləri gözlənilməklə cəbhə zonasında operativ iş rejimində fəaliyyət göstərirlər. “Azəriqaz”ın mərkəzi aparatında bu prosesləri tənzimləyən qərargah yaradılıb. Qərargah gücləndirilmiş rejim seçməklə döyüşlərin getdiyi ərazilərdə qaz təsərrüfatı üçün təhlükəli durum yaranarsa, qəza hallarının operativ şəkildə aradan qaldırılmasına tam hazırdır.
Cəbhə xəttində yerləşən rayonlarda lazımi ehtiyat tədbirləri görülür, əhalinin o cümlədən xüsusi əhəmiyyətli obyektlərin qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır.

2020-09-28 11:05:00