×
A
A
A
Sazlamalar

Rusiyalı nazir: Bu il qlobal neft tələbatı ötən ilə nisbətən 10 faiz azalacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Cari ildə qlobal neft tələbatı keçən ilə görə 10 faiz azalacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
“Neft bazarında bərpa prosesi uzun sürəcək və tədricən olacaq. 2020-ci ildə qlobal neft tələbatı keçən ilə nisbətən 10 faiz azalacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, cari ildə qlobal neft tələbatının ötən ilə görə sutkada 8 milyon 400 min barrel azalacağı nəzərdə tutulur.

 

Neft - qaz 2020-09-28 10:46:00