×
A
A
A
Sazlamalar

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ortaq tarixi, milli, mənəvi köklərdən qaynaqlanan Azərbaycan-Türkmənistan münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf etməkdədir. Cari ilin martında Azərbaycana rəsmi səfərinizi, Sizinlə səmimi şəraitdə keçən görüşlərimizi, apardığımız danışıqları ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim rifah və firavanlıq arzulayıram.
Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il.

Məktublar 2020-09-26 14:40:00