×
A
A
A
Sazlamalar

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC 

Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib.
A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli–Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Döyüş əməliyyatı davam edir. Əminliklə bildirirəm ki, biz bundan sonra sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir.

Ordu 2020-09-27 14:07:00

Video