×
A
A
A
Sazlamalar

Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı

Bakı, 26 sentyabr, AZƏRTAC
Britaniya sakininin çardaqdan tapdığı, Çin imperatoru Syan-lunun hakimiyyəti dövrünə aid köhnə çaynik hərracda 495 min dollara satılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, çaynikin keçmiş sahibi babasının əşyanı Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyaya Asiyadan gətirdiyini bildirib. O etiraf edib ki, əvvəlcə çayniki antik əşyalar dükanına satmaq istəyib, lakin sonra ekspertlə məsləhətləşmək qərarına gəlib.
Lotun start qiyməti təxminən 50 min dollar olub. Lakin səkkiz nəfərin qiyməti dayanmadan artırması səbəbindən çaynik bundan on dəfə baha satılıb. Onu hərracın Londondan olan anonim iştirakçısı alıb.

Bu maraqlıdır 2020-09-26 19:52:00