×
A
A
A
Sazlamalar

Plastmas və onlardan hazırlanan məmulatların idxalı azalıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Bu ilin 8 ayında ölkəyə 132,3 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri isə 225,7 milyon dollar olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə dəyəri 265,5 milyon dollar olmaqla 148,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

İqtisadiyyat 2020-09-26 18:27:00