×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına liseyin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstəriblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Heydər Əliyev adına lisey bu il də ali məktəblərə qəbul göstəricilərinə görə ən yüksək nəticə göstərən təhsil müəssisələrindən biri oldu.
Bu barədə AZƏRTAC-a liseydən məlumat verilib. Bildirilib ki, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbulda lisey 98 faiz nəticə göstərib. Bu il liseyi bitirib ali məktəblərə sənəd verən 61 şagirddən 60-ı respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Şagirdlərdən 3-ü - Vüqar Abduləliyev I ixtisas qrupu üzrə 676, (Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi fakültəsi), Məhəmməd Qallacov IV ixtisas qrupu üzrə 672 (Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi), Könül Ağayeva I ixtisas qrupu üzrə 635 (UFAZ, Kimya mühəndisliyi fakültəsi) bal toplayaraq ali məktəblərə qəbul olublar. Liseyin səkkiz şagirdi isə 500 baldan yuxarı nəticə göstərib.

Elm və təhsil 2020-09-26 17:58:00