×
A
A
A
Sazlamalar

Xorvatiyada koronavirusa yoluxanların sayı 16 mini keçib

Zaqreb, 26 sentyabr, AZƏRTAC

Xorvatiyada koronavirusa yoluxanların sayı 16 min 7 nəfərə çatıb. AZƏRTAC Xorvatiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 212 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 269 nəfərdir, 14 min 405 nəfər sağalıb.
Qeyd edək ki, Xorvatiya hökuməti virusun artmasının qarşısını almaq üçün, vətəndaşları həmrəy olub, sanitar normalara riayət etməyə çağırıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Dünya 2020-09-26 17:24:00