×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa yoluxanların sayı 121 mini keçib

Buxarest, 26 sentyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 121 min 235 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 1552 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 4687 nəfərdir, 97 min 554 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-09-26 17:00:00