×
A
A
A
Sazlamalar

Səkkiz ayda paytaxtın ictimai iaşə dövriyyəsi azalıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 57,3 faiz azalaraq 288,4 milyon manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Səkkiz ayda hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 179,3 milyon manat olub.

İqtisadiyyat 2020-09-26 16:54:00