×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 109,8 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

Bakı, 26 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,3 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 109,8 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 101,9 milyon manatı rabitənin payına düşüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,6 faiz artıb.

İKT 2020-09-26 15:49:00