Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs
Bakı, 26 sentyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə müntəzəm olaraq açıq dərslər keçirilir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin muzeyşünaslıq ixtisası üzrə bakalavr pilləsində təhsil alan II və III kurs tələbələri olub. Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Muzeydə arxeoloji materialların mühafizəsi qaydaları” mövzusunda mühazirə edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Tələbələr, həmçinin muzeydə qurulmaqda olan yeni ekspozisiya ilə tanış olublar.
Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan
AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər
ADPU-da türk professorun məruzəsi dinlənilib
MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib
Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib