İmişlidə bostan məhsullarının yığımı başa çatıb
İmişli, 26 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə bostan məhsullarının yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahələrindən 4035,7 min tondan çox məhsul yığıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il imişlili bostançılar 318,5 hektar sahədə bostan bitkisi əkiblər. Bunun da 118 hektarını yemiş, 200,5 hektarını isə qarpız sahəsi təşkil edib. Əkinçilər indiyədək sahələrdən 4035,7 ton məhsul toplayıblar. Yemiş sahəsinin hər hektarının məhsuldarlığı 124,9, qarpız sahəsininki isə 127,7 sentner olub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb