×
A
A
A
Sazlamalar

Gümüş istehsalı 15,7 faiz artıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2847 kiloqramı gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən hazır gümüş ehtiyatı 135 kiloqram təşkil edib.

Sənaye 2020-09-26 12:35:00