×
A
A
A
Sazlamalar

Luis Suaresin “Atletiko”ya keçidi rəsmiləşib

Bakı, 26 sentyabr, AZƏRTAC

İspaniyanın “Barselona” komandasından ayrılan Luis Suaresin La Liqanın digər təmsilçisi “Atletiko”ya keçidi rəsmiləşib.
AZƏRTAC xəbər verir ki, tibbi müayinədən keçən uruqvaylı futbolçu ilə müqavilə imzalanıb.
Otuz üç yaşlı forvard qarşıdakı 2 mövsümü “Atletiko”da keçirəcək.
Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman 2020-09-26 11:45:00