×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: Son çempion "Başakşəhər" ardıcıl üçüncü məğlubiyyətini alıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də futbol üzrə Türkiyə çempionatının üçüncü turunun ilk qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Fatih Karagümrük” öz meydanında son çempion “Başakşəhər”lə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Enzo Roko və Erik Sabo fərqləniblər.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Üçüncü turda “Gənclərbirliyi” istirahət edir.

İdman 2020-09-26 01:23:00