×
A
A
A
Sazlamalar

"Sumqayıt"ın baş məşqçisi : Komanda gücünü yavaş-yavaş artırır

Sumqayıt, 26 sentyabr, AZƏRTAC
“Bu gün yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü. Bizi sevindirən bir çox məqam var. Əzmkar çıxışımızı vurğulayardım. Aydın Bayramovun çıxışını xüsusi vurğulayıram. O, əsas heyətə layiqdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt” futbol klubunun baş məşqçisi Ayxan Abbasov “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis komandanın gücünü yavaş-yavaş artırdığını söyləyib. O, bu oyunda 2 xal itirmədiklərini, əksinə, bir xal qazandıqlarını bildirib.
A.Abbasov heyətdəki oyunçulardan bəzilərinə optimal formalarına düşmək üçün vaxt lazım olduğunu da qeyd edib.

İdman 2020-09-26 01:00:00