×
A
A
A
Sazlamalar

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən hansıları ilə ən çox ticarət əməliyyatları aparıb?

Bakı, 25 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Tunis olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara istinadla xəbər verir ki, 8 ayda ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 899 milyon 88 min ABŞ dolları, İranla 204,2 milyon dollar, Tunislə isə 175,3 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunis və Türkiyə ilə ticarət dövriyyəsi artıb, İranla azalıb.

İqtisadiyyat 2020-09-25 17:46:00