“İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda ZOOM proqramı vasitəsi ilə vebinar keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, dosent Rəsmiyyə Abdullayeva giriş sözü ilə çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib. Sonra dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçı Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda çıxış ediblər. Məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları da cavablandırıblar.
Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir Dövlət Universiteti və s.) tələbə və müəllimləri, KİV-lərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar