×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

Gəncə, 25 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunan abituriyentlərin qeydiyyatına başlanılıb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada https://forms.gle/cNMxv37awrESyqsC8 linki vasitəsilə aparılır.
Abituriyentlər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Kənd təsərrüfatı 2020-09-25 15:28:00