×
A
A
A
Sazlamalar

Yasamal rayonundakı parkda paytaxt sakininə qarşı soyğunçuluq edən şəxslər tutulublar

Bakı, 25 sentyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 23-də Yasamal rayonunun ərazisindəki parkların birində iki nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat məbləğində pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə rayon polis idarəsinin 27-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyənləşdirilərək saxlanılıblar.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Hadisə 2020-09-25 14:16:00