×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda avtomobillərə zərər vuran şəxs yaxalanıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də saat 9 radələrində C.Hacıbəyli küçəsində Bakı şəhər sakinləri G.Həsənovaya məxsus “Chevrolet” və A.Mahmudova məxsus “Hyundai” markalı avtomobillərin alın şüşələrinin sındırılması və kapot hissələrinin əzilməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsədullayev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2020-09-25 14:10:00