×
A
A
A
Sazlamalar

Mağazadan mobil telefonlar oğurlamış şəxs saxlanılıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Paytaxtın Nizami rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 24-də saat 3 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən mağazaların birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gələn polis əməkdaşları mağazadan üç mobil telefon oğurlamış şəxsi saxlayıblar.
Araşdırmalarla onun paytaxt sakini H.Mehmanov olduğu müəyyənləşdirilib. O, araşdırmalar aparılması üçün rayon polis idarəsinin 23-cü polis bölməsinə təhvil verilib.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-09-25 13:51:00