×
A
A
A
Sazlamalar

Ağsuda yanğın baş verib

Ağsu, 25 sentyabr, AZƏRTAC

Ağsu rayonunun Maşadqanlı kəndində gecə saatlarında yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın kənd sakini Barat Əliyevə məxsus həyətdə, ümumi sahəsi 60 kvadratmetr talvar və talvarın altına yığılan ot tayasında baş verib.
Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti yanğını söndürüb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Kənd təsərrüfatı 2020-09-25 10:54:00