Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

FHN Günəşli qəsəbəsində mənzildə iki qadın meyitinin aşkarlanması ilə bağlı məlumat yayıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri mənzilin qapısını açıblar. Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkarlayıblar.
Hər iki cəsəd aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2020-09-24 22:54:00