×
A
A
A
Sazlamalar

Baş Prokurorluq sabiq prokurorun qaynının guya qəsdən öldürülməsi ilə bağlı məlumatları təkzib edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının guya qəsdən öldürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub: “Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, həmin informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişi və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir”.

Hadisə 2020-09-24 22:38:00