×
A
A
A
Sazlamalar

Gənclər sosial şəbəkələrdə düşmənə qarşı informasiya müharibəsində təbliğat işinə daha çox qoşulmalıdırlar

Bakı, 24 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclik Platforması, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və rayon icra hakimiyyətinin dəstəyi ilə “Ermənistan beynəlxalq sülhə təhlükədir” mövzusunda Beynəlxalq Sülh Günü münasibətilə videokonfrans keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi Beynəlxalq Sülh Gününün mahiyyəti və Ermənistanın beynəlxalq sülhə təhlükə olmaqla yanaşı, Azərbaycana qarşı apardığı işğal siyasəti haqqında gənclərə məlumatlandırmaq olub.
Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü İsa Bayramov çıxış edərək gənclərə tədbirin əsas məqsədi və məramı haqqında məlumat verib.
Tədbirdə Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev gənclərlə bağlı vətənpərvərlik istiqamətində tədbirlərin daha fəal şəkildə keçirilməsinin və onların vacibliyini vurğulayıb.
YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxışında Azərbaycanın Qarabağla bağlı haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yönündə gənclərin üzərində düşən əsas vəzifələr haqqında danışıb.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirakçılara sosial şəbəkələrdə, düşmənə qarşı informasiya müharibəsində gənclərin təbliğat işinə cəlb olunması və rayonda onlarla bu istiqamətdə görülən işlərdən bəhs edib.

Sosial 2020-09-24 19:32:00