Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nərimanov rayonunda üzərində xəsarətlər olan kişi meyitinin aşkarlanması ilə bağlı cinayət işi başlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Nərimanov Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2020-09-24 19:12:00