×
A
A
A
Sazlamalar

Səkkiz ayda qızıl istehsalı azalıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2364,6 kiloqramı qızılın payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalıb.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 293,2 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2020-09-24 18:46:00