×
A
A
A
Sazlamalar

“Sabah”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakının “Sabah” futbol klubunun əvəzedici komandasında məşqçi dəyişikliyi olub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunublar.
Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra “Sabah” Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.
Qeyd edək ki, əvəzedici komandaya yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. “Sabah”ın U-17 komandası 2019/2020-ci il mövsümünü çempion kimi başa vurub.

İdman 2020-09-24 18:34:00