×
A
A
A
Sazlamalar

Zlatan İbrahimoviç koronavirusa yoluxub

Bakı, 24 sentyabr, AZƏRTAC

“Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçinin koronavirus testinin nəticəsi müsbət olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya A Seriyasında çıxış edən “Milan” klubu açıqlama verib.
Klub rəhbərliyi aidiyyəti olan orqanlara xəbər verdiyini və ulduz futbolçunun evində karantinə alındığını bildirib.

İdman 2020-09-24 18:26:00