×
A
A
A
Sazlamalar

“Sumqayıt”ın futbolçusu Rəhim Sadıxova Rusiya klubları maraq göstərir

Bakı, 24 sentyabr, AZƏRTAC

“Sumqayıt”ın futbolçusu Rəhim Sadıxova xarici klublardan təkliflər var. Artıq Rusiyanın birinci divizionundan 2-3 klub futbolçuya maraq göstərir.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” aparıcı futbolçusu ilə yeni müqavilə imzalayıb və R.Sadıxovun maaşını da artırıb. Ancaq müqavilənin şərtlərinə görə əgər qış fasiləsində ona ölkə xaricindən sərfəli təklif gələrsə, klub yarımmüdafiəçinin gedişinə problem yaratmayacaq.

İdman 2020-09-24 18:22:00