×
A
A
A
Sazlamalar

Qaradağ və Biləsuvar rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 24 sentyabr, AZƏRTAC

Qaradağ və Biləsuvar rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi “Niva” və Mirövsət Səmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Səmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.
Biləsuvar şəhəri ərazisində isə Bakı şəhər sakini Əfqan Dadaşovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Nərimankənd kənd sakini L.Vəliyevin idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. Nəticədə Ə.Dadaşov hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

Hadisə 2020-09-24 17:08:00