×
A
A
A
Sazlamalar

Xətai rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 24 sentyabr, AZƏRTAC

Paytaxtın Xətai rayonunda soyğunçuluqla və oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 18-də Xətai rayonunda C.Süleymanova qarşı zor tətbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini R.Piriyevin 550 manat dəyərində olan avtomobil ehtiyat hissələrini, içərisində 1300 manat məbləğində pul və qızıl-zinət əşyası olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Şahverdiyev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-09-24 14:05:00