×
A
A
A
Sazlamalar

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri törətməsi də müəyyənləşdirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Paytaxtın Suraxanı rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş E.Şahbazovla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 evdən 340 manat məbləğində pul, gümüş əşyalar, elektrik təmir alətləri, məişət əşyaları, samovar, 19 ədəd elektrik açarı, kombi aparatı, 50 metr uzunluğunda elektrik naqili, iki mağazadan pul, ərzaq məhsulları, parfümeriya, tütün məmulatı, bəzək əşyaları oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı təhqiqat aparılır.

Hadisə 2020-09-24 13:47:00