×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 70,7 milyon dollar olub

Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 70,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2020-09-24 12:44:00