×
A
A
A
Sazlamalar

Biləsuvarda bağlardan 3 min tondan çox meyvə yığılıb

Biləsuvarda, 24 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin 8 ayı ərzində rayonda mövcud olan 1508 hektar bağdan 3143,4 ton meyvə toplayıblar. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 202,6 ton çoxdur. Yığılmış məhsulun 209,8 tonunu alma, 307,8 tonunu armud, 263,5 tonunu ərik, 96,4 tonunu albalı, 989,3 tonunu alça, 173,7 tonunu gilas, 363,5 tonunu gavalı, 107,1 tonunu şaftalı, 51,4 tonunu isə fındıq təşkil edib. Bağbanlar, həmçinin bağlardan 582 ton giləmeyvə də toplayıblar.
Meyvə yığımı davam edir.

Kənd təsərrüfatı 2020-09-24 12:17:00