×
A
A
A
Sazlamalar

Bərdə rayonunda qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonunun Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova həmin tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı edildikdən sonra ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Hadisə 2020-09-24 10:29:00