×
A
A
A
Sazlamalar

Ümumdünya Mobil Konqresi 2021-ci ilin iyun ayının sonuna təxirə salınıb

Madrid, 23 sentyabr, AZƏRTAC

Ümumdünya Mobil Konqresinin təşkilatçıları koronavirus pandemiyası ilə əlaqədar olaraq, tədbirin 2021-ci ilin iyun ayının sonuna təxirə salındığını bildiriblər.
AZƏRTAC xəbər verir ki, konqres gələn il 28 iyun-1 iyul tarixlərində Barselonada keçiriləcək.
Ümumdünya Mobil Konqresi mobil sənayesinin ən böyük sərgilərindən biri və dünya üzrə mobil rabitə operatorlarının rəhbərləri, satıcılar və kontent sahiblərinin iştirak etdiyi Konqresdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Texnologiya 2020-09-23 20:27:00