×
A
A
A
Sazlamalar

Samuxda 930 hektara yaxın üzüm bağından məhsul yığılır

Samux, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Samux rayonunda son illərdə ən çox inkişaf edən sahələrdən biri də üzümçülükdür. İndi rayonda üzümün “Təbriz”, “Kardinal”, “Redqlob”, “Viktoriya” kimi süfrə sortları ilə yanaşı, “Gəncə Şərab – 2” zavoduna məxsus üzüm bağlarında “İzabella”, “Muskat”, “Bayan” kimi texniki sortları da becərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqust ayının sonlarından etibarən Samuxda üzüm yığımına başlanılıb. Bu vaxtadək sahələrdən 27627 sentner məhsul yığılıb. Bu, ötən ilin müvafiq dövründən 2839 sentner çoxdur.
Hazırda rayonda 1023,2 hektar üzüm bağı mövcuddur. Həmin bağlardan 929,8 hektarı bar verəndir.

Kənd təsərrüfatı 2020-09-23 17:42:00