×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda "Mercedes" markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun H.Əliyev prospektində yolu keçən 18-20 yaşlı kişi Bakı şəhər sakini Y.Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2020-09-23 14:53:00