×
A
A
A
Sazlamalar

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun Rusiyada yeni məqaləsi çap olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın Rusiya Elmlər Akademiyası Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin “Российский сейсмологический журнал” (Том 2, № 3, 2020) elmi dərgisində birgə həmmüəlliflikləri ilə “Первые результаты оценки глубины поверхности Мохо методом обменных Ps-волн для Азербайджанской части Большого Кавказа” məqaləsi çap edilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə “Qafqaz kəsilişi” layihəsi çərçivəsində Böyük Qafqazın Azərbaycan hissəsində Yer səthi ilə Moxoroviçiç sərhədinin müəyyən edilməsi ilə bağlı tətbiq edilən yeni metodlar əsasında alınmış nəticələrdən bəhs olunur.

Ekologiya 2020-09-23 13:40:00