×
A
A
A
Sazlamalar

Xuliqanlıq zəminində tüfəngdən atəş açan şəxs saxlanılıb

Bakı, 23 sentyabr, AZƏRTAC 

Sentyabrın 22-də Binəqədi rayonunun Xocasən qəsəbəsində R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon icra və probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə rayon polis idarəsinin 40-cı polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-09-23 12:49:00